Axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Posted by

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 108 cinayət faktından 19-nun üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli altı, qanunsuz saxlanılan silah-sursatla bağlı iki fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

AZƏRTAC