Avstriyanın xarici işlər naziri Azərbaycana gəlir
Avstriyanın federal Avropa, inteqrasiya və xarici işlər naziri Sebastian Kurts sentyabrın 11-12-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində S.Kurtsun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulur.
Trend.az