Avstraliya qanunverici orqanında Avstraliya-Azərbaycan parlament qrupu yaradılıb

Posted by

Avstraliya qanunverici orqanında Avstraliya-Azərbaycan parlament qrupu yaradılıbAvstraliya qanunverici orqanında Avstraliya-Azərbaycan parlament qrupu yaradılıb

Avstraliya qanunverici orqanında Avstraliya-Azərbaycan parlament qrupu yaradılıb

Avstraliya Federal Parlamentində 20 nəfərdən ibarət Avstraliya – Azərbaycan parlament qrupu yaradılıb. Hakimiyyətdəki koalisiyaya daxil olan Liberal Partiyadan Lyuk Simpkins qrupun sədri, müxalifətdəki Leyborist Partiyasından Alan Qriffin sədr müavini seçiliblər.

 

Parlament qrupuna Avstraliya Leyborist Partiyasının nüfuzlu üzvlərindən Entoni Albanez, Lauri Ferqyuson, Maykl Denbi, Kler Muur, Uorren Snoudon, Mariya Vamvakinu, hakim koalisiyaya daxil olan Milli Partiyanın üzvü Con Kobb və digərləri daxildir. L.Simpkins, A.Qriffin və C.Kobb bu yaxınlarda Azərbaycana səfər edərək Milli Məclis, Xarici İşlər Nazirliyi, Azərbaycan Dillər Universiteti və “ADA” Universitetində görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 

Avstraliya-Azərbaycan parlament qrupunun yaradılması iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın və ümumilikdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli addımdır.

 

Milli Məclisdə yaradılmış Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərəf müqabili kimi Avstraliya-Azərbaycan parlament qrupu iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyətə öz töhfəsini verəcək.

 

AzərTac.az