Avropa Şurasının baş katibi Azərbaycana səfər edəcək

Posted by

Avropa Şurasının baş katibi Azərbaycana səfər edəcək

Avropa Şurasının baş katibi Azərbaycana səfər edəcək

Avropa Şurasının baş katibi Azərbaycana səfər edəcək

Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-24-də Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə AŞ-dəki mənbələrdən məlumat verilib.

Səfərin əsas məqsədi AŞ ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri və Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi məsələlərini müzakirə etmək, eləcə də Azərbaycan üçün AŞ-nin 2014-2016-cı illəri əhatə edən Fəaliyyət Planının rəsmən başlanmasını elan etməkdir.

 

Səfər çərçivəsində T.Yaqlandın Azərbaycan rəsmiləri, o cümlədən Milli Məclisin sədri, xarici işlər və ədliyyə nazirləri ilə görüşləri nəzərdə tutulur.

 

Trend.az