Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Azərbaycana səfər edəcək.
APA-nın Avropa İttifaqının Bakı nümayəndəliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər 14-15 yanvar tarixlərində həyata keçiriləcək.
Səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli barədə müzakirə aparılacaq. Nümayəndəlikdən onu da bildiriblər ki, səfər proqramı hələlik tam təsdiqlənməyib.
Apa.az