Avropa İttifaqı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü dəyərləndirdi

Posted by

Avropa İttifaqı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü dəyərləndirdiAvropa İttifaqı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü dəyərləndirdi

Avropa İttifaqı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü dəyərləndirdi

Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü irəliyə doğru çox müsbət addımdır. Bu barədə Trend-ə eksklüziv açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

M.Mard qeyd edib ki, bu cür yüksəksəviyyəli görüşlərin keçirilməsi status-kvonun dəyişməsi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün olduqca vacibdir.

Onun fikrincə, Azərbaycan və Ermənistan arasında bu cür yüksəksəviyyəli görüşlərin gələcəkdə də davam etdirilməsi vacibdir.

Oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.

 

Trend.az