Avropa İttifaqı: Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun davam etdirilməsi ümidvericidir
Avropa İttifaqı hesab edir ki, Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun davam etdirilməsi ümidvericidir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
O, bildirib ki, Aİ bu dialoqun davam edəcəyinə ümid edir. Aİ rəsmisi hesab edir ki, dialoq bir çox məsələlərin irəli getməsinin yeganə yoludur: “Avropa İttifaqı danışıqların davam etməsinə çox pozitiv yanaşır”.
M.Mard qeyd edib ki, Azərbaycan ilə Aİ arsında ikitərəfli münasibətlər üzrə danışıqlar həm Bakıda, həm də Brüsseldə davam etdirilir: “Ümid edirəm ki, bu dialoq keçmiş illərdə olduğu kimi intensivliklə davam edəcək. Azərbaycan ilə Aİ arasında yaxşı əməkdaşlıq münasibətləri mövcuddur”.
Onun sözlərinə görə, ikirətəfli əməkdaşlıq üzrə bir sıra ölkələrlə danışıqlarda irəli gediblər: “Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələri arasında mövcud olan məsələlər üzrə daha dərindən işləməyə çalışırıq”.
Trend.az