Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Posted by

Bu ilin oktyabrında Azərbaycan və TÜrkiyə diaspor təşkilatları tərəfindən Avropa Parlamentinin binasında beynəlxalq konfrans keçiriləcək.

Bunu APA-ya açıqlamasında Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi bildirib.

O qeyd edib ki, konfransın gündəliyində məzmunu ermənilərin gələn il 100 illiyinə hazırlaşdıqları qondarma “erməni soyqırımı” və eyni zamanda ermənilərin özləri tərəfindən törədilən Xocalı soyqırımına hüquqi qiymət verilməsi məsələləri olacaq: “Bu konfransın keçirilməsində bizə Avropadakı dostlarla yanaşı, Azərbaycan və Türkiyə dövlətləri, eyni zamanda hər iki ölkədən olan deputatlar dəstək olurlar. Konfransda Avropanın, eləcə də dünyanın müxtəlif ölkələrindən parlamentarlar, ekspertlər və siyasətçilər qatılacaqlar”.

A.Dəmirçi qeyd edib ki, konfransın yekununda Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara müvafiq sənədlər göndəriləcək.

Apa.az