Avropa Parlamentində keçirilmiş qəbulda Azərbaycan ilə əlaqələrin inkişafından danışılmışdır

Posted by

Bu günlərdə Azərbaycan Kommunikasiya Ofisi Avropa Parlamentinin Fransanın Nitsa şəhərindən olan deputatı Qaston Frankonun təşəbbüsü ilə qəbul təşkil etmişdir.

Avropa Parlamentində keçirilən qəbulda qurumun rəhbər şəxsləri, 100-dən artıq deputat iştirak etmişdir.

Azərbaycan Kommunikasiya Ofisinin Brüssel nümayəndəliyinin rəhbəri Müslüm Məmmədov ölkəmizin Avropa institutları, o cümlədən Avropa İttifaqı ilə yaxşı əlaqələrinin olduğunu bildirmişdir. Keçən ilin noyabrında Vilnüs sammitində Azərbaycan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı imzalanmış müqavilənin tərəflər arasında əlaqələrin daha da inkişafına səbəb olacağı qeyd edilmişdir.

M.Məmmədov, həmçinin tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələri barədə məlumat vermişdir.

AzərTac.az