Avropa Oyunlarının brendi ilin ən böyük yeni tərtibatlarından biri sayılıb

Posted by

Avropa Oyunlarının brendi ilin ən böyük yeni tərtibatlarından biri sayılıbAvropa Oyunlarının brendi ilin ən böyük yeni tərtibatlarından biri sayılıb

Avropa Oyunlarının brendi ilin ən böyük yeni tərtibatlarından biri sayılıb

2015-ci ildə Bakıda Avropa Oyunlarının orijinal yeni brendi dünyanın böyük dizayn vebsaytı tərəfindən tanınıb. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, “Design Week” Avropa Oyunlarının avqustda buraxılmış rəsmi brendini bir neçə başqa tanınmış şirkətlə birlikdə 2014-cü ilin ən böyük yeni tərtibatlarından biri adlandırıb.

 

Brend Bakı-2015-in Əməliyyat Komitəsinin dizayn komandası tərəfindən Londonda yerləşən məşhur “SomeOne” agentliyi ilə birlikdə hazırlanıb.

 

Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Bakının küçələrinə yaraşıq gətirən və dünyada dərhal tanınan Avropa Oyunlarının yeni tərtibatı üzərində işləmiş hər kəsi təbrik edib: “Brendimizin “Design Week” tərəfindən tanınması böyük nailiyyətdi və Avropa Oyunlarının dünyada populyarlığının daha da artmasına şərait yaradır. Bakının təbii gözəlliyindən ruhlanan bu yaraşıqlı yeni obraz idman obyektlərinin, biletlərin, uniformaların üzərində və yarışın bütün merçendayzinq vasitələrində nümayiş etdiriləcək. Yeni brendin mərkəzi elementi Azərbaycan folklorunda birliyin rəmzi olan nar ağacıdı. Bu ağacın budaqlarına isə müxtəlif idman növlərinin nəzərə çarpan piktoqramları ilə birlikdə ölkənin tarixi və mədəni simvolları birləşdirilmişdir”.

 

Bakı-2015-in Kommersiya şöbəsinin direktoru Çarli Viceratna deyib: “Bu rəngarəng brend Avropa Oyunlarının dünyada tanınmasına xidmət edəcək marketinq fəaliyyətimizin mərkəzi hissəsidi. Biz innovativ və Bakı 2015 Avropa Oyunlarını təmsil edən fəaliyyətimizlə tanındığımız üçün fəxr edirik”.

 

Apa.az