Avropa Oyunları zolağında digər nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyət iyulun 1-dək qüvvədə qalacaq
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) sürücülərə müraciət edib.
BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda digər avtomobillərin hərəkəti üçün qoyulan qadağa iyulun 1-də götürüləcək.
V. Əsədov sürücülərə müraciətində Avropa Oyunlarına ayrılan təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda hərəkət etməməyi tövsiyə edib.
Apa.az