Avropa Oyunları zamanı nəqliyyatın tənzimlənməsi məsələləri müzakirə edilib

Posted by

Avropa Oyunları zamanı nəqliyyatın tənzimlənməsi məsələləri müzakirə edilibAvropa Oyunları zamanı nəqliyyatın tənzimlənməsi məsələləri müzakirə edilib

Avropa Oyunları zamanı nəqliyyatın tənzimlənməsi məsələləri müzakirə edilib

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NNNİİM) Avropa Oyunlarına hazırlıqla bağlı iclas keçirilib.

 

NNNİİM-dən Trend-ə verilən məlumata görə, aprelin 8-də nəqliyyat nazirinin müavini Musa Pənahov və Bakı-2015 Avropa Oyunlarının Əməliyyat komitəsinin müdiri Panayotis Protopsaltis qurumun baş direktoru Elnur Abdullayevlə görüşüblər.

 

Görüşdə həmçinin Nəqliyyat Nazirliyinin Nəqliyyat və infrastrukturun inkişafı şöbəsinin müdiri İsmayıl Kərimov, nazirliyin Nəqliyyat və infrastrukturun inkişafı şöbəsinin sektor müdiri Ramin Bayramov, Dövlət Yol Polisinin nümayəndəsi Talıb Qasımov, Bakı Metropoliteninin nümayəndəsi Etibar İsayev, “Azəryolservis” ASC-nın nümayəndəsi Hidayət Rüstəmov, “Baku Bus” şirkətinin nümayəndəsi, Avropa Oyunlarının Əməliyyat Komitəsinin Dövlət qurumları ilə əlaqə idarəsinin rəisi və digər şəxslər iştirak ediblər.

 

İclasda Bakı-2015 Avropa Oyunları çərçivəsində Avropa Oyunlarının İdarəedilməsi Strukturu, Əməliyyat Mərhələləri, Nəqliyyat Koordinasiya Mərkəzinin Gündəlik Fəaliyyəti, hazırlıq prosesinin son mərhələləri ilə bağlı məsələlər müzakirə olunub.

 

Nəqliyyat Nazirinin müavini M.Pənahov ölkəmizdə keçiriləcək Bakı-2015 Avropa Oyunları haqqında danışıb.

 

Qeyd edək ki, Avropa Oyunları zamanı Nəqliyyat məsələləri üzrə qərargah NİİM seçilib. NİİM-də artıq oyunların keçirilməsi zamanı nəqliyyat məsələlərini tənzimləyəcək tədbirlər planı hazırlanıb.

 

Trend.az