Avropa Oyunları ilə əlaqədar Bakıda nəqliyyatla bağlı qaydalar dəyişdirilir

Posted by

Avropa Oyunları ilə əlaqədar Bakıda nəqliyyatla bağlı qaydalar dəyişdirilirAvropa Oyunları ilə əlaqədar Bakıda nəqliyyatla bağlı qaydalar dəyişdirilir

Avropa Oyunları ilə əlaqədar Bakıda nəqliyyatla bağlı qaydalar dəyişdirilir

Avropa Oyunları ilə əlaqədar bu gündən Bakıda nəqliyyatla bağlı qaydalar dəyişdirilir.

 

Trend xəbər verir ki, bu gün Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) Avropa Oyunları ilə bağlı nəqliyyat məlumatlarının çatdırılmasına həsr olunmuş brifinq təşkil olunub.

 

BEGOC-un Nəqliyyat idarəsinin nəqliyyat kommunikasiyası üzrə meneceri Afaq Hüseynli bildirib ki, Avropa Oyunları ilə bağlı nəqliyyat planı elə qurulub ki, hərəkətin əhalinin və şirkətlərin gündəlik fəaliyyətinə təsiri minimum olsun: “Oyunların əsas marşrut şəbəkəsi təşkil edilərkən isə onların əsasən şəhərdən yan keçməsi planlaşdırılıb”.

 

O həmçinin qeyd edib ki, bu gündən etibarən ” Oyunların zolağı”na digər nəqliyyat vasitələrinin girişi qadağan edilib: “Zolağa həm yol polisi, həm NİİM -in müşahidə kameraları vasitəsilə nəzarət olunur. Bu qaydanı pozanlar qanunauyğun şəkildə cərimə olunacaqlar”.

 

A.Hüseynli qeyd edib ki, Oyunların açılış və bağlanış mərasimləri günləri, məşəlin Bakıya gətirildiyi gün, yol yarışları zamanı bəzi yollarda hərəkətə məhdudiyyət qoyulması planlaşdırılacaq: “Lakin biz çalışacağıq ki, onların əhaliyə təsiri minimum olsun və əhali bu oyunlarda iştirak edə bilsin”.

 

O əhalini fərdi avtomobillərdən maksimim dərəcədə az istifadə etməyə və ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb: “Belə ki, metro hər gün saat 6-dan gecə saat 1-ə kimi, marşrut avtobusları və “ekspress” avtobuslar isə səhər saat 5-dən gecə saat 1-ə kimi fəaliyyət göstərəcək. Gələn həftədən etibarən yollardakı vəziyyət, nəqliyyatın hərəkəti və marşrutların dəyişdirilməsi barədə təsdiq edilmiş məlumatlar ictimaiyyətə operatov şəkildə çatdırılacaq. Səyahət planları quran şəxslər bu məlumatları mütləq izləyib onları nəzərə alsınlar”.

 

Trend.az