Avropa Gənclər Forumunun nümayəndələri Gəncədə olmuşlar

Posted by

Avropa Gənclər Forumunun nümayəndələri Gəncədə olmuşlar

 

Avropa Gənclər Forumunun nümayəndələri Gəncədə olmuşlar

Avropa Gənclər Forumunun nümayəndələri Gəncədə olmuşlar

 

Avropa Gənclər Forumunun məşvərət şurasının nümayəndələri Gəncədə aparıcı gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirmişlər.

AzərTAc xəbər verir ki, hökumət və qeyri-hökümət gənclər təşkilatlarının rəhbərlərinin, eləcə də fəal gənclərin iştirakı ilə keçirilən görüşü Gəncə şəhər gənclər və idman baş idarəsinin rəisi Müşfiq Cəfərov açaraq 2016-cı il Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə hazırlıq işlərinin vəziyyəti barədə ətraflı məlumat vermişdir. Fəal gənclər öz planlarından danışdıqdan sonra Avropa Gənclər Forumunun məşvərət şurasında təmsil olunan Gürcüstan, Ukrayna, Macarıstan, Finlandiya və Moldovalı gəncləri Gəncədə bir neçə beynəlxalq gənclər təşkilatı nümayəndəliyinin açılmasının, eləcə də birgə layihələr həyata keçirilməsinin vacibliyindən danışmışlar.

Görüşdən sonra qonaqlar qədim Gəncə şəhərinin görməli yerlərində olmuş, tarixi abidələrlə tanış olmuşlar.

 

AzərTac.az