Avropa Birliyi Ukraynanın ərazi bütövlüyünə qarşı əməllərinə görə 21 nəfərə sanksiya tətbiq edib

Posted by

Əsasən Rusiya vətəndaşı olan bu şəxslərin AB ölkələrinə səfərlərinə qadağa qoyulub və Avropadakı aktivləri dondurulub

“Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Rusiya və Ukraynanın 21 vətəndaşından ibarət siyahını razılaşdırıblar. Bu şəxslərin AB məkanına girişinə qadağa qoyulur və onların Avropadakı aktivləri dondurulur”. APA-nın xəbərinə görə, bunu özünün “Twitter” səhifəsində Litvanın xarici işlər naziri Linas Linkyaviçyus yazıb. “Xarici işlər üzrə şura sanksiyaları razılaşdırdı – Ukrayna və Rusiyadan olan 21 şəxsin səfərlərinə qadağa qoyulur və aktivləri dondurulur. Bir neçə gün sonra AB tərəfindən daha ciddi tədbirlər görüləcək”, – deyə o, qeyd edib.

Qərarda bildirilir ki, ötən həftənin hadisələri və hansısa irəliləyişin əldə edilməməsi nəticəsində Şura Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə təhlükə törədilməsinə cavabdeh olan şəxslərə qarşı, onların səfərlərinə qadağa qoyulması və aktivlərinin dondurulması da daxil olmaqla, əlavə tədbirlərin görülməsinə dair qərar qəbul edib. Şura AB dövlət və hökumət başçılarının 6 mart 2014-cü il tarixli bəyanatını xatırladıb. Həmin bəyanatda deyilirdi ki, Ukrayna ilə Rusiya arasında çoxtərəfli mexanizmlər də daxil olmaqla, bir neçə gün ərzində danışıqlar başlamalı və qısa zamanda nəticə əldə olunmalıdır. Lakin Rusiya bu çağırışa əməl etməyib.

Sanksiyaya məruz qalan 21 nəfərin adları tezliklə açıqlanacaq.

Apa.az