Avropa Birliyi Azərbaycan qazının “Cənub qaz dəhlizi” ilə nəql marşrutunu uzatmağı planlaşdırır

Posted by

Avropa Birliyi Azərbaycandan başlayaraq İtaliyanın cənubunda bitən “Cənub qaz dəhlizi” boru xəttini uzatmağı planlaşdırır.

APA-nın məlumatına görə, bu barədə “Vedomosti” nəşri Avropa Komissiyasının nümayəndəsinə istinadən xəbər yayıb.

Bildirilir ki, boru xəttinin Avropa qitəsinin əhatə coğrafiyası genişləndiriləcək.

“Cənub qaz dəhlizi” 2019-cu ilədək Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə, İtaliyanın cənubunadək TANAP-TAP qaz boru xətləri sisteminin inşasını nəzərdə tutur. Bu xətlər vasitəsi ilə Türkiyəyə 6 milyard, Avropaya isə 10 milyard kubmetr qaz nəqli planlaşdırılır.

Artıq 2014-2020-ci illəri əhatə edən qaz xətlərinin inşası proqramı təsdiq olunub. İspaniya ilə Fransa da Xəzər qazını almaq niyyətindədirlər. Bunun üçün 5.8 milyard avroluq xüsusi fond yaradılıb. Avropa Komissiyasının nümayəndəsi bildirib ki, bu, Avropaya Azərbaycandan qaz nəqlini artırmağa, habelə Türkmənistan və İrandan qaz idxalına başlamağa imkan verəcək.

Apa.az