Avropa Azərbaycanlıları Konqresi Soma hadisələri ilə əlaqədar məktub göndərmişdir

Posted by

Avropa Azərbaycanlıları Konqresi Soma hadisələri ilə əlaqədar məktub göndərmişdir

Avropa Azərbaycanlıları Konqresi Soma hadisələri ilə əlaqədar məktub göndərmişdir

Avropa Azərbaycanlıları Konqresi Soma hadisələri ilə əlaqədar məktub göndərmişdir

Avropa Azərbaycanlıları Konqresi Türkiyənin Soma şəhərində baş vermiş qəza və faciə nəticəsində yüzlərlə insanın həlak olması ilə bağlı Türkiyə Respublikasının Almaniyadakı səfiri Hüseyin Avni Karslıoğluya, qardaş ölkənin Berlindəki baş konsulu Əhməd Başar Şenə, Türkiyənin Kölndəki baş konsulu Hüseyin Əmrə Enginə, türk diasporu nümayəndələri və mətbuatına başsağlığı məktubu ünvanlamışdır.

Mayın 16-da Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Türkiyənin Kölndəki baş konsulu Hüseyin Əmrə Enginin dəvəti ilə görüş keçirilmişdir. Görüşdə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova, Köln şəhərindəki Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Ağa Ağayev iştirak etmişlər.

Samira Patzer-İsmailova konsulludakı xatirə güşəsinə tər çiçəklər qoymuş, həlak olanların xatirəsini həmkarları ilə birlikdə yad etmişdir.

Bu görüşdə Almaniyada yaşayan azərbaycanlılar adından başsağlığı kitabına Azərbaycan diasporu adından hüzn sözləri qeyd edilmişdir. Hüzn yazısında qeyd edilmişdir ki, Somada baş verən ağır faciə və qəza nəticəsində yüzlərlə insanın həlak olması Türkiyənin qardaşı olan Azərbaycan xalqını, Almaniyadakı Azərbaycan diasporunu da dərindən kədərləndirmişdir. İki qardaş xalqın sevinci və kədəri həmişə bir olduğu kimi, bu gün də Avropada və Almaniyada yaşayan azərbaycanlılar türk qardaşlarımızın yanındadırlar.

Baş konsul Hüseyin Əmrə Engin Azərbaycan diasporu nümayəndələrini böyük həssaslıqla qəbul etmiş və bu diqqətə görə dərin təşəkkürünü bildirmişdir.

Samira Patzer –İsmailova və Ağa Ağayev Avropa Azərbaycanlıları Konqresi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Alman-Azərbaycan Mədəniyyət Evinin adından bir daha Türkiyə dövlətinə və türk xalqına, həlak olmuşların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verilmişdir.

 

AzərTac.az