Aureliya Qriqoriuya ölkələrin ərazi bütövlüyünün müdafiəsinə görə mükafatlar təqdim edilib
Azərbaycanın Kişineudakı səfirliyində Moldova Respublikasının parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriuya Kiyev Patriarxatının Ukrayna Pravoslav Kilsəsinin 3-cü dərəcəli Müqəddəs Apostola bərabər knyaz Böyük Vladimir ordeni, habelə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının Fəxri üzvü Qızıl nişanı təqdim olunub.
Ölkəmizin diplomatik nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, A.Qriqoriu bu mükafatlara insan hüquqlarının, ölkələrin ərazi bütövlüyünün müdafiəsi sahəsində çoxillik səmərəli fəaliyyətinə görə layiq görülüb. Kiyev Patriarxatının Ukrayna Pravoslav Kilsəsinin 3-cü dərəcəli Müqəddəs Apostola bərabər knyaz Böyük Vladimir ordenini Şərqi Moldova yepiskopu Filaret, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının Fəxri üzvü Qızıl nişanını bu təşkilatın sədri E.Məmmədov təqdim edib.
Təltifetmə mərasimində Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev, diplomatlar, dini icmaların, Moldova ictimaiyyətinin, KİV-lərin nümayəndələri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.
AzərTac.az