Aşura günü ilə əlaqədar qanvermə aksiyaları keçirilir

Posted by

Aşura günü ilə əlaqədar qanvermə aksiyaları keçirilirAşura günü ilə əlaqədar qanvermə aksiyaları keçirilir

Aşura günü ilə əlaqədar qanvermə aksiyaları keçirilir

Məhərrəm ayının onuncu günündə – Aşura mərasimləri zamanı ölkəmizdə könüllü qanvermə aksiyalarının keçirilməsi artıq ənənəvi hal alıb.

AzərTAc-a xəbər verir ki, noyabrın 4-də Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları təşkil edib.

Qanvermə aksiyaları Bakıdakı Təzəpir, Bibi-Heybət, Mir-Mövsüm ağa, Qaraçuxur, İçərişəhər Cümə, Hacı Soltanəli, Əjdərbəy, Keşlə qəsəbə məscidlərində, həmçinin Sumqayıt şəhər Cümə məscidində, Gəncə şəhər İmamzadə məscidində, Lənkəran şəhər Böyükbazar məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində və Bərdə şəhər Cümə məscidində təşkil olunub.

Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin digər xəstələrin müalicəsində istifadə ediləcəkdir.

 

AzərTac.az