ATƏT PA tərəfləri təmas xəttində təmkinli olmağa çağırır

Posted by

ATƏT PA tərəfləri təmas xəttində təmkinli olmağa çağırırATƏT PA tərəfləri təmas xəttində təmkinli olmağa çağırır

ATƏT PA tərəfləri təmas xəttində təmkinli olmağa çağırır

“ATƏT-in Parlament Assambleyası Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması ilə əlaqədar narahatlığını bildirərək, tərəfləri maksimum təmkinli olmağa və Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə sadiq qaldıqlarını nümayiş etdirməyə çağırır”.

 

Bu barədə Trend-ə ATƏT PA-nın Kommunikasiyalar bölməsinin direktoru Riçard Solaş bildirib.

 

Onun sözlərinə görə, ATƏT-in Parlament Assambleyası dəfələrlə münaqişənin dinc, diplomatik yolla həllinə öz dəstəyini ifadə edib: “ATƏT PA Minsk qrupunun gərginliyin azalması və münaqişənin dinc yolla həlli üzrə səylərini dəstəkləyir”.

 

Trend/az