ATƏT PA Rusiyanın Helsinki prinsiplərini pozması ilə bağlı qətnamə layihəsini qəbul etdi

Posted by

ATƏT PA Rusiyanın Helsinki prinsiplərini pozması ilə bağlı qətnamə layihəsini qəbul etdiATƏT PA Rusiyanın Helsinki prinsiplərini pozması ilə bağlı qətnamə layihəsini qəbul etdi

ATƏT PA Rusiyanın Helsinki prinsiplərini pozması ilə bağlı qətnamə layihəsini qəbul etdi

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində iyulun 1-də PA-nın plenar iclasında Rusiyanın Helsinki prinsiplərini pozması ilə bağlı qətnamə layihəsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Bencamin Kardinin müəllifi olduğu “Rusiya Federasiyası tərəfindən Helsinki prinsiplərinin açıq, kobud və ədalətsiz şəkildə pozulması” adlı qətnamə layihəsi ciddi müzakirələrə səbəb olub.

Layihədə Rusiyanın Ukraynaya münasibətdə Helsinki prinsiplərini, o cümlədən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini açıq, kobud və ədalətsiz şəkildə pozması pislənir. Sənəddə Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək ifadə olunur və ATƏT ölkələrindən beynəlxalq platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək istənilir.

Qətnamə layihəsində qeyd olunur ki, 2014-cü il martın 16-da Krımda keçirilən referendum qeyri-legitim, qeyri-qanunidir və heç bir hüquqi qüvvəsi yoxdur. ATƏT-ə üzv dövlətlər Rusiyanın Krımı zorla ilhaq etməsini tanımamağa çağırılır. Eyni zamanda, Rusiya Ukraynaya müdaxiləni dayandırmağa çağırılır.

Sənəddə ATƏT-in böhranın aradan qaldırılması yönündə səyləri dəstəklənir, ATƏT-in Krım da daxil olmaqla, bütün Ukrayna ərazisində öz fəaliyyətini həyata keçirməsinin dəstəklənməsi istənilir.

Müzakirələrdə qeyd edilib ki, bu müzakirələr Ukraynaya sülh və sabitlik gətirəcək. Vurğulanıb ki, Helsinki prinsipləri pozulduqda ciddi tədbirlər görülməlidir. Krımın Ukraynadan ayrılmasını pislənib və Ukraynanın ərazi bütövlüyünün bərpa edilməsi üçün ciddi tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, bu istiqamətdə Ukraynaya dəstək göstərilməlidir. Bildirilib ki, Ukraynada olan böhran bütün Avroatlantik məkanda vəziyyəti dəyişib. Bu böhran silah gücü ilə yaradılıb və digər ölkələrə də təsir edib. İlk növbədə, böhranın genişlənməsinin qarşısının alınmasının vacibliyi qeyd olunub. Bildirilib ki, Rusiyanın Ukrayna ilə bağlı apardığı siyasət ATƏT-in prinsiplərinə tamamilə ziddir.

Rusiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov isə qətnamə layihəsinə etiraz edərək, Ukrayna probleminin Rusiya ilə bağlı olmadığını vurğulayıb. O bildirib ki, bu böhran başqa səbəblərdən yaranıb.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyət ölkənin şərq regionlarında əhaliyə federallaşma və Ukraynanın federasiyaya çevrilməsi ilə bağlı referendum keçirməyə şərait yaratmaqdan imtina edilməsi ilə bağlıdır.

Müzakirələrdən sonra qətnamə layihəsi səsə qoyularaq qəbul edilib.

 

Trend/az