ATƏT PA-nın Bakıda keçiriləcək illik yay sessiyasının tarixi rəsmən açıqlanıb

Posted by

ATƏT PA-nın Bakıda keçiriləcək illik yay sessiyasının tarixi rəsmən açıqlanıb

ATƏT-in Parlament Assambleyasının illik yay sessiyasının tarixi açıqlanıb.

Trend-in ATƏT PA-nın saytına istinadən verdiyi məlumata görə, təşkilatın illik yay sessiyası iyunun 28-dən iyulun 2-nə kimi keçiriləcək.

Qeyd edək ki, iclas Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakıda təşkil olunacaq. Belə ki, iki il öncə Azərbaycan tərəfi 2014-cü ildə ATƏT PA-nın yaz sessiyasının Bakıda keçirilməsi ilə bağlı müraciət edib.