ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter Azərbaycana səfəri ilə bağlı bəyanat yayıb

Posted by

ATƏT -in fəaliyyətdə olan sədri və İsveçrənin xarici işlər naziri Didye Burkhalter Azərbaycana səfəri ilə bağlı bəyanat yayıb.

APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Burkhalter 1994-cü ildən atəşkəsin elan edilməsindən 20 il ötməsinə baxmayaraq Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində, eləcə də sərhəd zolağında silahlı insidentlərin tez-tez yaşanmasından öz təəssüfünü ifadə edib.

Burkhalter tərəfləri atəşkəs razılaşmasına ciddi şəkildə riayət etməyə, insidentlərin araşdırılması üçün işlək mexanizmlər hazırlamağa, humanitar münasibətlərin təşviq edilməsinə çağırıb.

Didye Burkhalter həmçinin İsveçrə sədrliyinin ATƏT-in Minsk qrupunun və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin danışıqlar prosesindəki səylərini tam dəstəklədiyini ifadə edib.

Burkhalter Bakıda yeni açılmış ATƏT-in Layihə Əlaqələndirici ofisi ilə Azərbaycan hökumətinin sıx əməkdaşlıqda olacağına ümid etdiyini də bildirib.

O, intensivləşmiş danışıqlar prosesini, eləcə də prezidentlər səviyyəsində növbəti görüşün münaqişənin sülh yolu ilə həlli istiqamətində strukturlaşmış prosesdə başlanğıc nöqtə kimi alqışlayacağını bəyan edib.

Qeyd edək ki, daha sonra Burkhalter Gürcüstana səfər edəcək və regiona səfərini iyunun 4-də İrəvana səfərlə yekunlaşdıracaq.

Apa.az