ATƏT-in fəaliyyətdə olan sədri Bakı və İrəvanda Qarabağdan danışacaq
ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın baş nazir müavini və XİN başçısı İvitsa Daçiç Azərbaycan və Ermənistan rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.
Trend-ə bu barədə diplomatik mənbələrdən məlumat verilib.
Mənbənin sözlərinə görə, İ.Daçiçin Azərbaycana səfəri mayın 31-nə planlaşdırılıb.
Onun Azərbaycandan sonra Ermənistan və Gürcüstana səfər edəcəyi bildirilir.
Qeyd edək ki, Serbiya bu ilin sonuna qədər ATƏT-ə sədrlik edəcək.
Trend.az