ATƏT-in Bakı Layihə Əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb

Posted by

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb

ATƏT-in yeni təyin olunmuş Bakı Layihə Əlaqələndiricisi Aleksis Şaxtaxtinski vəzifəsini icra etməyə başlayıb.

 

APA məlumatına görə, fransız diplomat Aleksis Şaxtaxtinski Azərbaycana gəlib və bu gündən vəzifəsini icra etməyə başlayıb.

 

O, ATƏT-in Bakı Layihə Əlaqələndiricisi vəzifəsinə fevralın 14-də təyin olunub. Son təyinatından əvvəl Fransa Xarici İşlər Nazirliyinin Siyasətin Planlaşdırılması Mərkəzində fəaliyyət göstərib və Fransanın Avropa məsələləri üzrə nazirinin xüsusi müşaviri vəzifəsində çalışıb. Avropa təhlükəsizliyi üzrə 20 ildən çox təcrübəyə malik peşəkar diplomat Moskvada NATO İnformasiya Ofisinin rəhbəri, Belarus və Tacikistanda müvəqqəti işlər üzrə vəkil, Krakovda (Polşa) Fransanın baş konsulu vəzifələrində çalışıb. A.Şaxtaxtinski həmçinin ATƏT-in Bakı Ofisi rəhbərinin müavini olub.

 

Xatırladaq ki, ATƏT-in Daimi Şurasının 26 iyul 2013-cü il tarixli qərarına əsasən, 1 yanvar 2014-cü il tarixindən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub.

 

Apa.az