ATƏT ilə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığa mühüm əhəmiyyət verilir

Posted by

ATƏT ilə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığa mühüm əhəmiyyət verilir

ATƏT ilə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığa mühüm əhəmiyyət verilir

ATƏT ilə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığa mühüm əhəmiyyət verilir

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüşmüşdür.

Ombudsman Aparatının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə insan hüquqları sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Ombudsman ATƏT ilə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığa mühüm əhəmiyyət verdiyini vurğulamışdır. O, “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa Müvəkkilin milli preventiv mexanizm kimi fəaliyyətinin tənzimlənməsi, eyni zamanda, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə nəzarətin həyata keçirilməsi üzrə əlavə və dəyişikliklərin edildiyini diqqətə çatdırmışdır. Həmçinin Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təbliği və tətbiqi vəziyyəti barədə məlumat verilmişdir.

E.Süleymanova Ombudsman təsisatının Avropa Şurasının və Avropa İttifaqının həyata keçirdikləri layihələrdə, o cümlədən “Tvinninq” və “Şərq Tərəfdaşlığı” layihələrində fəal iştirak etdiyini, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyini söyləmişdir.

A.Şahtaxtinski ATƏT-in Bakı ofisinin Azərbaycan Ombudsmanı ilə əməkdaşlıqda maraqlı olduğunu, insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. O, bir qədər əvvəl təmsil etdiyi qurumun mandatına dəyişikliklər edildiyini və fəaliyyətinin daha çox ixtisaslaşdırıldığını qeyd etmişdir. Səfir cari ilin may ayında dövlət qurumları ilə keçiriləcək birgə toplantıda gələcək əməkdaşlığın prioritetlərinin müzakirə ediləcəyini söyləmişdir.

 

AzərTac.az