ATƏT ilə Azərbaycan hökuməti arasında Anlaşma Memorandumu izmalanıb

Posted by

ATƏT ilə Azərbaycan hökuməti arasında Anlaşma Memorandumu izmalanıbATƏT ilə Azərbaycan hökuməti arasında Anlaşma Memorandumu izmalanıb

ATƏT ilə Azərbaycan hökuməti arasında Anlaşma Memorandumu izmalanıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində 2014-cu ilin 24 sentyabr tarixində ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb.

Azərbaycanın Xarici İşlər nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.

Habelə, tərəflər ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisinin ofisi və sözügedən ofis tərəfindən təqdim olunmuş layihələr ətrafında fikir münadiləsi aparıblar.

Görüşün sonunda “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası Hökuməti arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumu” imzalanıb.

 

Trend.az