ATƏT: Azərbaycanın inkişafı kibertəhlükəsizliklə bağlı xəbərdarlıq ehtiyacını artırır
Azərbaycanda infrastrukturun müasirləşməsi, eləcə də özəl və ictimai-sektorlarda informasiya texnologiyalarının tətbiqi ilə müşahidə olunan fəal iqtisadi inkişaf kibercinayətlər barədə xəbərdarlıq ehtiyacını da artırır.
Trend-in məlumatına görə, bunu ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski kibertəhlükəsizlik və milli təhlükəsizlik mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda 3 milyon insan internetdən istifadə edir: “Bəzi insanlar internetdən biznes məqsədi ilə istifadə edir, kimi isə xidmətlərin ödənişi məqsədi ilə. Amma əksəriyyət ödənişlərin təhlükəsizliyi ilə bağlı narahatdır. Çox insan hələ də kiberhücumlardan ehtiyat edir”.
Tədbir ATƏT-in Bakı ofisi və Azərbaycan XİN-in birgə təşəbbüsü ilə baş tutub. Konfransın məqsədi kibertəhlükəsizlik sahəsindəki problemlərin və bu sahədə qanunvericiliklə bağlı məsələlərin müzakirəsidir.
Trend.az