ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 15-də Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər.