Atlantik Şuranın təşkil etdiyi konfransın məruzəçiləri ABŞ Vitse-Prezidenti Cozef Bayden ilə görüşmüşlər
ABŞ-ın ən nüfuzlu analitik mərkəzlərindən biri olan “Atlantik Şura”nın hazırda Avropa Ittifaqına sədrlik edən Latviya ilə birgə 29-30 yanvar tarixlərində Vaşinqtonda təşkil etdiyi “Avropanın Şərqi üçün Transatlantik Strategiyaya doğru” adlı konfransına dəvət olunmuş məruzəçilər yanvarın 29-da ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşüblər.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, konfransda Azərbaycanı təmsil edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da görüşdə iştirak edib.
Toplantı zamanı, o cümlədən Azərbaycanın Avropa İttifaqının Şərt Tərəfdaşlığında iştirakı və gələcək perspektivlər müzakirə olunub, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd edilib və eləcə də ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinə toxunulub.
Trend.az