ASİHMDX kafelərdə və mağazalarda istehlaka yararsız məhsullar aşkarlayıb

Posted by

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) tərəfindən respublikada keçirilən növbəti monitorinqlər zamanı bir sıra rayonlarda fəaliyyət göstərən mağazalarda, eləcə də yeməkxana və kafelərdə istifadəyə yararsız ərzaq məhsulları aşkarlanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ümumilikdə, monitorinqlər zamanı 165 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Trend.az