Asəf Hacıyevin deputat səlahiyyətlərinə xitam verildi
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisin deputatı Asəf Hacıyevin səlahiyyətlərinə xitam verib. Trend-in məlumatına görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi seçildiyi üçün MSK-ya müraciət edərək, deputat səlahiyyətlərinə xitam verilməsini xahiş edib.
Trend.az