Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib

Posted by

Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib

Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib

Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Sumqayıt şəhərində Abşeron, Qubadlı və Sumqayıt sakinlərinin qəbulunu həyata keçirib.

 

Bu barədə APA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat vrilib.

 

Qəbulda 25 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, eləcə də təkrar tibbi müayinəyə cəlb olunmaları, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul məsələlərində köməklik göstərilməsinə dair olub.

 

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

APA.az