Arzu Rəhimov Gəncədə vətəndaşları qəbul edib

Posted by

Arzu Rəhimov Gəncədə vətəndaşları qəbul edib

Arzu Rəhimov Gəncədə vətəndaşları qəbul edib

Arzu Rəhimov Gəncədə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov fevralın 27-də Xidmətin Gəncə şəhər Kəpəz rayon şöbəsinin inzibati binasında Gəncə, Samux, Göygöl, Goranboy, Mingəçevir və Daşkəsən rayon və şəhər sakinlərinin qəbulunu həyata keçirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qəbulda 50-dək sakin iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan bir neçə müraciət aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Trend.az