“Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə plener keçiriləcəkdir

Posted by

“Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə plener keçiriləcəkdir

AzərTAc-a istinadən,yanvarın 26-da Mədəniyyət və Turizm Nazirliyi və Gənclər şəbəkəsinin dəstəyi, “Arts Council Azerbaijan”ın (“Azərbaycan İncəsənət Konsulluğu”) təşkilatçılığı ilə “Art Villa” qalereyasının yerləşdiyi məkanda plener keçiriləcəkdir.

Təşkilatdan AzərTAc-a bildirmişlər ki, plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edəcəklər.

Ümumiyyətlə, plenerdə rəssamlardan Cavid İlhamlı, Nazim Babayev, Eldar Həsənov, Zöhrab Salamzadə, Teymur Qəribov, Könül Kəngərli, İntiqam Ağayev, Ruslan Kovalyov, Gündüz Hunlar, Vüqar Əli, Lalə Hüseynova, Rəşad Mehdiyev, Dadaş Məmmədov, Aydın Əsgərov, Rəhim Həşimov, Leyla Altunay, Eldar Babazadə, Fəridə Qarayeva, Könül Hüseynzadə və Tural Bayramovun iştirakı nəzərdə tutulmuşdur.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə əsas məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıtdırmaqdır.