AR fövqəladə hallar naziri Mərakeş Krallığına səfər edib

Posted by

AR fövqəladə hallar naziri Mərakeş Krallığına səfər edib

AR fövqəladə hallar naziri Mərakeş Krallığına səfər edib

AR fövqəladə hallar naziri Mərakeş Krallığına səfər edib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığının daxili işlər naziri Məhəmməd Həssanın dəvəti ilə bu ölkədə səfərdə olub.

Nazir Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeşin paytaxtı Rabat şəhərində Kral V Məhəmmədin Mavzoleyini ziyarət edib.

Səfər çərşivəsində nazir Kəmaləddin Heydərovun İSESCO-nun baş katibi Əbdüləziz Osman Əl Tüveycri ilə görüşü olub.

Azərbaycanla İSESCO arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən K. Heydərov vurğulayıb ki, iqtisadiyyatı gündən-günə inkişaf edən ölkəmiz mədəniyyət, təhsil və elm sahələrində də böyük layihələr həyata keçirir, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Azərbaycanın bütün İslam aləmində nümunəvi bir ölkə olduğunu diqqətə çatdıran İSESCO-nun baş katibi bildirib ki, onun rəhbərlik etdiyi təşkilat Heydər Əliyev Fondu ilə bir sıra uğurlu layihələr həyata keçirib.

Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov Mərakeş Krallığının Baş naziri Abdelilah Benkirane ilə görüşüb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu və qurumları haqqında Mərakeş Krallığı hökumətinin başçısına ətraflı məlumat verən K.Heydərov, bu ölkənin müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb.

Abdelilah Benkirane bildirib ki, onun ölkəsi Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə əməkdaşlığı gücləndirməkdə maraqlıdır.

Tərəflər Ermənistan-Azərbaycan və Qərbi Saxara problemlərinin beynəlxalq hüquq normaları və sərhədlərin toxunulmazlığı prinsipləri çərçivəsində həllinə dair iki ölkənin bir-birinə dəstəyinin davam etdiyini vurğulayıblar.

Daha sonra Azərbaycan fövqəladə hallar naziri Kəmallədin Heydərovun Mərakeş Krallığının urbanizasiya və milli ərazilərin planlaşdırılması naziri Mohaned Lanser ilə görüşü olub.

Görüşdə tikinti və şəhərsalma məsələlərində Azərbaycanla Mərakeş arasında əməkdaşlığın perspektivləri, təcrübə və kadr mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfərin yekununda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Mərakeş Krallığının daxili işlər naziri Məhəmməd Həssa ilə görüşündə mərakeşli nazir Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəlakətlərin xəbərdarlığı sistemi və ərazilərdə neft dağılmalarının ləğvi üzrə zəngin təcrübəsindən faydalanmaq istədiklərini söyləyib, rəhbərlik etdiyi qurumun azərbaycanlı həmkarları ilə təcrübə və kadr mübadiləsində də maraqlı olduğunu bildirib.

Nazir Kəmaləddin Heydərov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib, dost ölkə olan Mərakeşin müvafiq qurumları ilə əməkdaşlığın perspektivlərindən bəhs edib.

Görüşdən sonra nazirlər Kəmaləddin Heydərov və Məhəmməd Həssa “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında fövqəladə halların idarəolunmasında əməkdaşlığa dair” Sazişi imzalamışlar.

 

Trend/az