Apreldə Azərbaycanda sərgi mövsümü açılır

Posted by

Apreldə Azərbaycanda sərgi mövsümü açılır

 

Apreldə Azərbaycanda sərgi mövsümü açılır

Apreldə Azərbaycanda sərgi mövsümü açılır

 

Azərbaycanda “Iteca Caspian” şirkəti tərəfindən keçirilən beynəlxalq sərgilər mövsümü apreldə açılacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin məlumatında deyilir.

Məlumatda bildirilir: “Bütün sərgilər AzərbaycanRespublikası dövlət strukturlarının rəsmi dəstəyi ilə həyata keçirilir. Bir sıra layihələr isə beynəlxalq sənaye assosiasiyalarının rəsmi dəstəyi çərçivəsində təşkil olunacaq”.

Şirkət bildirir ki, hazırda 2014-cü il mövsümündə keçiriləcək sərgilərdə iştirak üçün ərizələrin intensiv qəbulu keçirilir. Bu isə təşkilatçıların Azərbaycanda sərgilər üzrə 15 faiz artım olacağını öncədən proqnozlaşdırmalarına imkan yaradır.

2014-cü ildə “Iteca Caspian” turizm, inşaat, təhsil və karyera, İKT, su texnologiyaalrı, nəqliyyat, səhiyyə, yüngül və qida sənayesi və digər sahələr üzrə təxminən 25 beynəlxalq sərgi və konfrans keçirməyi planlaşdırır.

 

Trend.az