AŞPA-nın hesabatında uşaqlara qarşı cinsi zorakılıqla mübarizə istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlərdən bəhs olunub

Posted by

Avropa Şurası Parlament Assambleyasının uşaqlara qarşı cinsi zorakılıqla mübarizə kampaniyası ilə əlaqədar 2011-2014-cü illərdə keçirilən tədbirlərin hesabatına dair broşür nəşr olunub.

Son beş il ərzində quruma üzv ölkələrdə kampaniya ilə əlaqədar görülən işlərdən bəhs olunan hesabatda uşaqlara qarşı cinsi zorakılıqla mübarizə istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər də əksini tapıb.

Qeyd olunub ki, uşaqlara qarşı zorakılıq hallarına son qoymaq və bu məsələdə ictimaiyyətin fikrini öyrənmək məqsədilə 2011-ci ilin aprelində Milli Məclisdə geniş müzakirələr keçirilib.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyevanın təşəbbüsü ilə 2011-ci ilin dekabrında Bakıda uşaqlarla birlikdə “Biz zorakılığa yox deyirik!” mövzusunda növbəti yığıncağın təşkil olunduğu diqqətə çatdırılıb. 2012-ci ilin aprelində 10-16 yaş arası uşaqların iştirakı ilə keçirilən toplantıda uşaqların cəmiyyətdəki rolu ətrafında fikir mübadiləsinin aparıldığı bildirilib.

Alman psixoloqunun, Daxili İşlər Nazirliyi əməkdaşlarının və polis zabitlərinin iştirakı ilə keçirilən “Beş üzərində bir” kampaniyasının ictimaiyyət arasında böyük maraq doğurduğu, kampaniya ilə bağlı sərgilər təşkil edildiyi və digər tədbirlərin keçirildiyi qeyd edilib. Həmçinin 2014-cü ildə Bakıda “Uşaqlar zorakılıq hallarına “yox” deyirlər” mövzusunda sərginin təşkil edildiyi diqqətə çatdırılıb.

AzərTac.az