AŞPA məruzəçisi təmas xəttindəki rayonların əhalisinin qəsdən sudan məhrum edilməsi barədə hesabat hazırlayacaq

Posted by

AŞPA məruzəçisi təmas xəttindəki rayonların əhalisinin qəsdən sudan məhrum edilməsi barədə hesabat hazırlayacaqMilisa Markoviç Ermənistanla təmas xəttində yerləşən rayonların sakinlərinin su təminatında qarşılaşdıqları çətinliklərlə tanış olub

AŞPA məruzəçisi təmas xəttindəki rayonların əhalisinin qəsdən sudan məhrum edilməsi barədə hesabat hazırlayacaq

Bu gün Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə məruzəçisi xanım Milisa Markoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, İ. Quliyev bildirib ki, Sərsəng su anbarının erməni qəsbkarları tərəfindən işğal edilməsi nəticəsində uzun illərdən bəri Tərtər, Bərdə, Ağdam, Goranboy, Yevlax və Ağcabədi rayonlarına suvarma suyunun verilməməsi bu regionun iqtisadiyyatına hər il əvəzolunmaz zərər vurur: “Ermənilər Sərsəng su anbarından düşünülmüş şəkildə, əsasən də payız qış aylarında gecə vaxtları suyu artıq həcmdə buraxmaqla bu rayonların kəndləri üçün su basma təhlükəsi yaradır, onların əhalisini daim qorxu və təşviş içində saxlayırlar. Tərtər çayı suyun buraxılmamasında əkin sahələrinin su təminatını yaxşılaşdırılması məqsədilə ölkə başçısının bu sahəyə göstərdiyi diqqət və qayğısı nəticəsində Sərsəng su anbarının əhatə dairəsində olan rayonların ərazisində 586 ədəd əlavə su artezian quyuları qazılıb. Bu isə əlavə büdcə xərcləri hesabına başa gəlir. İşğal zonasında çoxsaylı meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi yarımçıq qalıb və bu keçən müddət ərzində onlar dağılaraq sıradan çıxmır. Su anbarını subasma zonasında yerləşən Tərtər Bərdə sakinlərində, eləcədə Ağdərə, Tərtər, Bərdə, Zərdab və Ağdaş rayonlarının 130-dan çox yaşayış məntəqələrində məskunlaşmış 500 min nəfərə yaxın insan, ermənilərin məqsədyönlü təxribatı və əməlləri nəticəsində real təhlükə şəraitində yaşayır”.

 

Nazir müavini Samur transsərhəd çayının su ehtiyatlarının istifadəsini “Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun həyata keçirildiyini, Araz çayının su ehtiyatlarının bölüşdürülməsinin isə “Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə İran İslam Respublikası və Azərbaycan Respublikasının daimi fəaliyyət birgə komissiya” tərəfindən tənzimləndiyini qonaqların diqqətinə çatdırıb.

 

Milisa Markoviç həmçinin Azərbaycanın sərhədyanı bölgələrinə səfər etdiyini xüsusən Ermənistanla sərhəd olan rayonlarda sakinlərinin su təminatında qarşılaşdıqları çətinliklərlə ilə tanış olduğunu qeyd edib. O, toplanmış materiallar əsasında sərhədyanı bölgələrdə yaşayan sakinlərin qəsdən sudan məhrum edilməsi barədə Parlamentin iclasında məruzə edəcəyini vurğulayıb.

 

Apa.az