AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda səfərdədirlər
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex Azərbaycanda səfərdədirlər. Bu barədə Trend-ə AŞPA-nın Bakıdakı Ofisindən bildirilib.
Səfərin mayın 21-nə kimi davam edəcəyi gözlənilir.
Həmməruzəçilər fakt-araşdırıcı səfəri zamanı Azərbaycan dövlət rəhbərliyi, ədliyyə və daxili işlər nazirləri və baş prokuror ilə görüşəcəyi gözlənilir.
Həmməruzəçilərin həmçinin siyasi partiyaların nümayəndələri, Ali Məhkəmənin Prezidenti və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşləri nəzərdə tutulub.
Trend.az