Jozef Debono Qrexi polşalı deputat əvəzləyib
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib və Azərbaycanla bağlı qərar qəbul olunub.
APA-nın Avropa müxbiri xəbər verir ki, toplantıda polşalı parlamentar Tadeuş İvinski Azərbaycan üzrə yeni həmməruzəçi təyin edilib. T. İvinski AŞPA-da Sol demokratlar Alyansı qrupunu təmsil edir.
Qeyd edək ki, T. İvinski bu vəzifədə Jozef Debono Qrexi əvəzləyib.
Jozef Debono Qrexin bu vəzifədə səlahiyyət müddəti ötən ilin noyabrında başa çatıb.
Apa.az