AŞPA həmməruzəçiləri Azərbaycanda hüquq-mühafizə orqanlarının işini qiymətləndirib

Posted by

AŞPA həmməruzəçiləri Azərbaycanda hüquq-mühafizə orqanlarının işini qiymətləndiribAŞPA həmməruzəçiləri Azərbaycanda hüquq-mühafizə orqanlarının işini qiymətləndirib

AŞPA həmməruzəçiləri Azərbaycanda hüquq-mühafizə orqanlarının işini qiymətləndirib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsində Azərbaycan üzrə həmməruzəçilər Jozef Debono Qrex və Pedro Aqramuntun bu ilin mayında Bakıya faktaraşdırıcı səfərlərinin yekunları əsasında təqdim etdiyi hesabatı dinlənilib.

 

Trend-in AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, hesabatda Azərbaycan hüquq-mühafizə orqanlarının fəaliyyəti, insan haqlarının vəziyyəti və Dağlıq Qarabağ münaqişəsinə toxunulub.

Həmməruzəçilər bildiriblər ki, Azərbaycana səfər zamanı ölkədə yeni məhkəmə binalarının, müvəqqəti saxlanma yerlərinin tikilməsinin və yenilənməsinin şahidi olublar və hökumətin bu sahəyə xeyli vəsait yatırmasını müsbət qarşılayıblar.

 

Həmməruzəçilər Azərbaycanın Ədliyyə Nazirliyinə istinadən bildiriblər ki, 2005-ci ildə yaranmasından sonra Məhkəmə Hüquq Şurasının səlahiyyətləri artıb. 2000-ci ildə yeni məhkəmə sisteminin yaranmasından etibarən bu sahədə əməkhaqları 33 dəfə çoxalıb. Hakimlərin 60 faizi yeni təyin olunanlardır və onların seçim prosesi şəffaf keçirilir. Vətəndaşlar məhkəmələrin mülki məsələlərlə bağlı çıxardığı qərarların 90 faizindən razı qalırlar.

 

İnzibati-iqtisadi məhkəmələr 2001-ci ildən tətbiq olunur və qaldırılan iddiaların 80 faizi qaneedici hesab edilir. Hesabda, həmçinin qeyd olunub ki, ötən il 16 min cinayət işi açılıb.

 

Həmməruzəçilər qeyd ediblər ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən 5 il ərzində 1524 nəfər polis əməkdaşı cəzalandırılıb. Onlardan 16-na qarşı cinayət işi açılıb, 100 nəfər işdən azad edilib, 97 nəfərin rütbəsi aşağı salınıb, 196-na qarşı isə intizam tədbirləri görülüb.

 

Həmməruzəçilər həmçinin rüşvətxorluğa qarşı tədbirlərə də toxunaraq bildiriblər ki, bu sahədə Milli Fəaliyyət Planı həyata keçirilir. Hesabatda, həmçinin bildirilib ki, 40 polis əməkdaşı ötən il rüşvət aldıqlarına görə işdən azad ediliblər.

 

Həmməruzəçilər hesabatda Azərbaycanda insan haqları ilə bağlı vəziyyətdən narahatlıqlarını da ifadə ediblər.

 

 

Trend/az