AŞPA Azərbaycan üzrə yeni həmməruzəçi təyin edib

Posted by

AŞPA Azərbaycan üzrə yeni həmməruzəçi təyin edibAŞPA Azərbaycan üzrə yeni həmməruzəçi təyin edib

AŞPA Azərbaycan üzrə yeni həmməruzəçi təyin edib

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin toplantısı keçirilib.

 

APA-nın Avropa bürosunun xəbərinə görə, komitənin iclasında Azərbaycanın vəzifə və öhdəliklərinin yerinə yetirilməsi üzrə yeni həmməruzəçi seçilib. İspaniyalı parlamentar Aqustin Konde bu vəzifədə digər ispaniyalı həmkarı Pedro Aqramuntu əvəzləyəcək və 5 il müddətinə həmməruzəçi səlahiyyətlərini icra edəcək.

 

Qeyd edək ki, Aqustin Konde də Pedro Aqramunt kimi AŞPA-da Avropa Xalq Partiyası qrupunu təmsil edir və bu vəzifəyə AXP-nin iclasında qrup tərəfindən vahid namizəd kimi irəli sürülüb.

 

Apa.az