Ankarada keçirilmiş elmi konfransda Azərbaycanın işğal altındakı torpaqlarında maddi-mədəni irsin dağıdılmasından bəhs olunmuşdur

Posted by

Ankarada keçirilmiş elmi konfransda Azərbaycanın işğal altındakı torpaqlarında maddi-mədəni irsin dağıdılmasından bəhs olunmuşdurAnkarada keçirilmiş elmi konfransda Azərbaycanın işğal altındakı torpaqlarında maddi-mədəni irsin dağıdılmasından bəhs olunmuşdur

Ankarada keçirilmiş elmi konfransda Azərbaycanın işğal altındakı torpaqlarında maddi-mədəni irsin dağıdılmasından bəhs olunmuşdur

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılovun təşkilatçılığı ilə Ankara şəhərindəki Türkiyə Orta Şərq İdarəçilik İnstitutunda “Azərbaycanın işğal altında saxlanılan torpaqları” mövzusunda elmi konfrans keçirilmişdir.

Konfransda Azərbaycandan və Türkiyədən tanınmış elm və mədəniyyət xadimləri iştirak etmişlər.

Konfransı açan institutun baş direktoru, professor Onur Ender Aslan ermənilərin Azərbaycanda həyata keçirdikləri soyqırımları barədə həqiqətlərin müzakirəsi və ictimaiyyətə çatdırılması baxımından tədbirin əhəmiyyətini qeyd etmişdir.

F.İsmayılov “İşğal altındakı ərazilərdə Azərbaycanın milli-mədəni dəyərlərinin vandalizmə düçar olması beynəlxalq hüquqa ziddir” mövzusunda məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, dünyanın gözü qarşısında işğal altında saxlanılan Azərbaycan ərazilərində bütün milli-mədəni dəyərlərə, xüsusilə xristian dövrünə aid abidələrə qarşı aparılan vandalizm hərəkətləri bəşər mədəniyyətinin və tarixinin məhvinə yönələn cinayət kimi pislənilməli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.

İnstitutun professorları Türksel Kaya Bensghir, Argun Akdoğan, Seriye Sezen, Eyyüp Günay İsbir, dossentlər Aslı Akay, Kıvılcım Ertan, Filiz Kartal, doktorant Elnur Əliyev və başqaları məruzə ətrafında çıxış etmişlər.

Çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycanın işğal altında saxlanılan ərazilərindəki tarixi və mədəniyyət abidələrinin Ermənistan tərəfindən məhv edilməsinə dair həqiqətlərin dünya birliyinə çatdırılması üçün müvafiq mövzuda konfransların və fotosərgilərin Avropa ölkələrində təşkili vacibdir və bu istiqamətdə imkanlardan səmərəli istifadə olunmalıdır.

Konfransdan sonra iştirakçılar “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Rada Abbasın təşkilatçılığı ilə keçirilmiş fotosərgiyə baxmışlar. Sərgilənən fotolarda işğal altında saxlanılan Azərbaycan ərazilərindəki milli-mədəni abidələrə qarşı aparılan vandalizmin nəticələri əks olunmuşdur

 

AzərTac.az