Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu keçiriləcək

Posted by

Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu keçiriləcəkAnkarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu keçiriləcək

Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu keçiriləcək

Dekabr ayının ortalarında Ankarada Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Hərbi Dialoq iclasının keçirilməsi planlaşdırılır.

 

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

 

Hazırda iclasın tarixi və gündəliyi tərəflər arasında dəqiqləşdirilir.

 

İclasda iki ölkə arasında hərbi sahədə əməkdaşlığın növbəti il üçün hədəfləri, hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə ediləcək.

 

Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu 2007-ci ildən etibarən ildə bir dəfə olmaqla keçirilir.

 

Apa.az