Ankarada Azərbaycan Silahlı Qüvvələrinin 96-cı ildönümü münasibətilə tədbir keçirilib

Posted by

Ankarada Azərbaycan Silahlı Qüvvələrinin 96-cı ildönümü münasibətilə tədbir keçirilib

Ankarada Azərbaycan Silahlı Qüvvələrinin 96-cı ildönümü münasibətilə tədbir keçirilib

Ankarada Azərbaycan Silahlı Qüvvələrinin 96-cı ildönümü münasibətilə tədbir keçirilib

İyunun 26-da Azərbaycanın Türkiyədəki səfiliyində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə geniştərkibli rəsmi qəbul həyata keçirilib. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə Türkiyənin müdafiə naziri İsmət Yılmaz, Türkiyə Dəniz Qüvvələri Komandanı ordu generalı Rəcəb Bülent Bostanoğlu və Türkiyə Jandarm Qüvvələri Komandanı ordu generalı Sərvət Yörük başda olmaqla Türkiyə Silahlı Qüvvələrinin 19 generalı, çox sayda millət vəkili, tanınmış ictimai-siyasi xadimlər, elm və incəsənət xadimləri, diaspor nümayəndələrimiz, Ankarada təhsil alan kursantlarımız, Türkiyə XİN başda olmaqla ölkənin çox sayda rəsmi qurumlarının nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyənin bir neçə sabiq səfirləri və çox sayda KİV nümayəndələri iştirak edib.

 

Tədbir iki qardaş ölkənin himnlərinin səsləndirilməsinin ardından Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesinin baş köməkçisi polkovnik-leytenant Müşviq Məmmədov tərəfindən açıq elan edilib. Ardından Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi polkovnik İlyas İbrahimov çıxış edərək qonaqları salamlayıb, ölkəmizdə ordu quruculuğunun tarixindən söz açıb, ümummilli lider Heydər Əliyevin ordunun təşkilatlanma və möhkəmlənməsindəki əvəzsiz xidmətlərindən bəhs edib, Azərbaycan prezidenti İlham Əliyevin milli ordu ilə bağlı məqsədyönlü və müvəffəqiyyətli siyasətinə toxunaraq, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin geri qaytarılması ilə bağlı birmənalı və qətiyyətli mövqe haqqında qonaqları ətraflı şəkildə məlumatlandırıb.

 

Daha sonra Azərbaycan musiqiləri sədası altında qonaqlara ziyafət verilib.

 

Apa.az