Andorrada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin 7-ci iclası keçirilib

Posted by

Andorrada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin 7-ci iclası keçirilibAndorrada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin 7-ci iclası keçirilib

Andorrada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin 7-ci iclası keçirilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin VII toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Andorranın paytaxtı Andorra La Vella şəhərində keçirilmiş “Avropada etimadın bərpa olunması” beynəlxalq konfransı çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin VII toplantısı baş tutub.

Toplantıda Mərkəzin 2013-2014-cü illər üçün fəaliyyəti haqqında hesabat dinlənilib, 2014-2015-ci ildə həyata keçiriləcək yeni layihələr, beynəlxalq tədbirlər müzakirə olunaraq təsdiq edilib. Mərkəzin İdarə Heyətinin qərarına əsasən, 2015-ci ilin aprel ayında Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu ilə yanaşı, yaxın vaxtlarda İsveçrənin Cenevrə şəhərində Nizami Gəncəvi fəlsəfəsində etik prinsiplərin araşdırılmasına həsr olunan beynəlxalq forum, Misir, Yunanıstan və İtaliyada isə Ali Qrup toplantıları təşkil olunacaq.

Mərkəzin İdarə Heyətinin iclasında III Qlobal Müştərək Cəmiyyətlər Forumunun əsas istiqamətləri də müəyyənləşdirilib. Növbəti Forumda sabiq ölkə rəhbərləri və ekspertlər Avropa məkanında münaqişələr, xüsusilə “dondurulmuş” münaqişələrin həllində yeni metodların tətbiqi, Çin-Yaponiya-Koreya təhlükəsizlik alyansının yaradılması, Yaxın Şərq regionunda və ərəb dünyasında, əsasən də Suriya və Liviyada baş verən proseslər, o cümlədən İŞİD-ə qarşı NATO-nun müharibə elanı kimi problemləri müzakirə edəcəklər.

Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyət göstərdiyi iki il ərzində qazandığı beynəlxalq uğurlar yüksək qiymətləndirilib, bu nailiyyətlərin əldə olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzə göstərdiyi dəstək və diqqət xüsusi vurğulanıb. Toplantı iştirakçıları Mərkəzin Beynəlxalq Qadın Parlamentarilər Təşkilatı, Dünya Elm və İncəsənət Akademiyası kimi qurumlarla əməkdaşlığını təqdirəlayiq hal kimi dəyərləndiriblər.

Qeyd edək ki, iclasda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Andorra parlamentinin sədri Visenç Mateu, Andorranın sabiq hökumət baçsısı Oskar Ribas, eks-prezidentlər Stefan Mesiç (Xorvatiya), Emil Konstantinesku (Rumıniya), Boris Tadiç (Serbiya), Petar Stoyanov (Bolqarıstan) iştirak edirlər. Bundan başqa, Andorranın sabiq Baş naziri O.Ribas, İsveç Konfederasiyasının müşaviri Valter Fyust, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev, Gürcüstan Himayədarlar Şurasının sədri Quli Alasaniya və digərləri iştirak ediblər.

Xatırladaq ki, sentyabrın 4-7-də Andorrada keçirilmiş “Avropada etimadın bərpa olunması” beynəlxalq konfransı Diasporla İş üzrə Dövlət Komitəsinin və Andorra hökumətinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunub.

 

Trend/az