ANAMA Türkiyənin Ermənistan, İran və Azərbaycanla sərhədinin minalardan təmizlənməsi tenderinə qatılıb

Posted by

ANAMA Türkiyənin Ermənistan, İran və Azərbaycanla sərhədinin minalardan təmizlənməsi tenderinə qatılıbANAMA Türkiyənin Ermənistan, İran və Azərbaycanla sərhədinin minalardan təmizlənməsi tenderinə qatılıb

ANAMA Türkiyənin Ermənistan, İran və Azərbaycanla sərhədinin minalardan təmizlənməsi tenderinə qatılıb

Türkiyənin Ermənistan, İran və Azərbaycanla sərhəddə 225 minalı ərazinin təmizlənməsi üçün tender elan edilib.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tenderə sənədlərin qəbulu bu gün yekunlaşır.

 

BMT İnkişaf Proqramının dəstəyi ilə gerçəkləşəcək, ümumi dəyəri 80 milyon dollar təşkil edən layihədə Türkiyənin yerli firmaları nə müstəqil, nə də konsorsium şəklində qatılacaq. Türkiyə firmaları tenderə qatılmaq üçün BMT İP tərəfindən təşkil olunan qiymətləndirmə ballarını toplaya bilməyiblər.

 

Layihəyə nəzarəti Türkiyənin Daxili İşlər Nazirliyi həyata keçirəcək.

 

Türkiyənin Ermənistan, İran və Azərbaycanla sərhədində layihə üzrə milyon kvadratmetr ərazinin (225 minalı sahə) təmizlənməsi nəzərdə tutulur. Minatəmizləmə işləri Ərdahan, Qars, İğdır, Ağrı və Van vilayətlərində həyata keçiriləcək.

 

Minatəmizləmə əməliyyatlarında iştirakla bağlı tenderə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) də dəvət olunub. ANAMA tenderdə İngiltərə, ABŞ və Bosniya və Herseqovina şirkətləri ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, bundan əvvəl ANAMA Türkiyə-Suriya sərhədində Karkamış antik şəhərinin ərazisində, Diyarbəkirdə Hərbi Hava Qüvvələrinə məxsus poliqonun və Konyada ROKETSAN şirkətinə aid atış sahəsinin təmizlənməsi layihəsində iştirak edib.

 

APA.az