ANAMA Cocuq Mərcanlıda aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb

Posted by

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan bildiriblər ki, 4 gün ərzində Cocuq Mərcanlı kəndində 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) aşkar edilib, 53000 kvadratmetr (5.30 ha) ərazi tam təmizlənib, 21500 kvadratmetr (2.15 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

AZƏRTAC