An Brasör: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni məndən əvvəlki sədrlərin ənənələri əsasında davam etdirəcəyəm

Posted by

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni məndən əvvəlki sədrlərin ənənələri əsasında davam etdirəcəyəm.

Bu fikri aprelin 7-də Avropa Şurası Parlament Assembleyasının (AŞPA) sədri xanım An Brasör qurumun yaz sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi ənənəvi mətbuat konfransında söyləmişdir.

An Brasör demişdir: Mən bu parlament diplomatiyasını davam etdirməyə cəhd etdim, çünki çox ciddi bir münaqişə mövcuddur və davam edir. Danışmaq üçün hər bir fürsəti dəyərləndirmək lazımdır. Buna görə, mən AŞPA-nın əvvəlki sədrlərinin ənənəsini davam etdirməyə çalışacağam. Həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətlərinin rəhbərlərini öz kabinetimə dəvət edəcəyəm. Bu işi davam etdirəcəyəm və onları birgə görüşlər keçirməyə inandıracağam. Dialoqu davam etdirmək lazımdır. AŞPA-nın bu sessiyasında ortaq məxrəcə gəlmək, hansı formada görüşmək və bu müzakirələri hansı əsaslar üzərində davam etdirmək üçün hər iki nümayəndə heyətinin rəhbərləri ilə fərdi şəkildə əlaqə quracağam.

AzərTac.az